Realtv.az 17+

Gunduz Abdullayev

Diseñada para iPad

    • Gratis

Capturas de pantalla

Descripción

REAL TV Real Təhlil İnformasiya Mərkəzinin nəzdində fəaliyyət göstərir.
5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının keçirilən iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilib. MTRŞ-nın qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. “Real TV" 15 mart 2018-ci il saat 08:00-də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb. Real TV həm Azərbaycanda ən operativ təhlil və informasiya mərkəzi olmaqla, həm də informasiya mühitində öz standartlarını diktə edən qurumdur. Real TV təkcə Azərbaycanın auditoriyasında deyil, həm də bütün dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur. Kanalın dünyanın ən ikişaf etmiş ölkələrində olan müxbir məntəqələri hər gün canlı yayım vasitəsilə xəbərləri çatdırırlar. Real TV Azərbaycan teleməkanına BİRBAŞA yayım ənənəsini gətirib. Hadisələrdən, konfranslardan, toplantılardan canlı yayımlar etməklə media sahəsində yeniliyə imza atıb.
Televiziyanın Youtube səhifəsinə isə gün ərzində telekanalda yayımlanan maraqlı sujetlər, müsahibələr yerləşdirilir.
2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edilib.
17 sentyabr 2018-ci ildən isə 24 saatlıq yayıma keçib.
23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib. Beləliklə
Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış televiziya kanalı olan Real TV mayın 10 - da ümumrespublika yayımına başlayıb. Ölkənin əsas xəbər anbarı olan Real TV həm də eksklüziv xəbər ünvanıdır. Hal-hazırda Real TV-ni yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür.

BİZİ İZLƏYİB REAL OLANA İSTİNAD EDİN

Novedades

Versión 1.1.1

Photo gallery added

Privacidad de la app

El desarrollador (Gunduz Abdullayev) no ofreció detalles sobre sus prácticas de privacidad y el envío de datos a Apple. Para obtener detalles, consulta la política de privacidad del desarrollador.

No se proporcionaron detalles

El desarrollador tendrá que proporcionar detalles sobre la privacidad cuando envíe su próxima actualización de app.

Más sobre este desarrollador

Quizás te interese

Morex
Negocios
atb360
Finanzas
MilliÖN
Finanzas
Hesab.az
Finanzas
Leobank - mobil bank
Finanzas
ATB Business
Negocios