m10 — Digital Wallet 4+

PashaPay LLC

    • 4.2 • 5개의 평가
    • 무료

스크린샷

설명

m10 — pulsuz elektron pul qabıdır və istənilən mobil nömrə və bank kartı ilə nağdsız ödənişlər etmək, pul köçürmək və almaq üçün rahat və etibarlı vasitədir.

m10-u mobil balansı artırmaq, xidmətlərin ödənişlərini etmək, mağazalarda, restoranlarda və sair yerlərdə ödənişlər üçün istifadə edə bilərsən. Bu, həqiqətən də çox rahat vasitədir. Təsəvvür et ki, əlinin altında mobil telefondan başqa heç nə yoxdur, nə nağd pul, nə də bank kartı. Üstəlik, m10-da komissiya yoxdur.

m10 ilə maliyyə əməliyyatlarını idarə edə, xərcləri və gəlirləri izləyə və hər bir əməliyyat haqqında bildirişlər alacaqsan. Sən həm pullarından xəbərdar ola, həm də onlara rahat və asan nəzarət edəcəksən.

Elektron pul qabını cəmi bir dəqiqəyə yaratmaq olar. Sadəcə:
• m10 mobil tətbiqini yüklə
• mobil nömrənlə qeydiyyatdan keç
• özünü şəkillə təsdiqlət

Komissiyasız pul göndər
• m10 balansından m10 balansına
• istənilən bankın kartına

Bütün MilliÖN ödənişlərini m10 ilə et
• mobil balans — Azercell, Bakcell, Nar, Naxtel və digər operatorlar
• Kommunal xidmətlər —NFC tipli qaz kartı, AzəriQaz, Azərİşıq, AzərSu, Naxçıvan Qaz, Naxçıvan Elektrik, Naxçıvan Su, Meliorasiya və s.
• İnternet — AiləNet, Avirtel, AzerOnline, Aztelecom, BIRLink və s.
• televiziya — AiləTV, ATV Plus, Aztelecom, Baktelecom, KATV və s.
• stasionar telefon — AzEurotel, Aztelekom, Baktelekom, Ultel Telefon, TransEuroCom və s.
• cərimələr – Dövlət Yol Polisi / DYP.

QR kod ilə və digər ödənişlərdən keşbek qazan
• 2% keşbek — Ölkə üzrə 10.000-dən çox yerdə alış-veriş zamanı.
• 2% keşbek — kommunal ödənişlərdən, kabel TV-dən, mobil və internet xidmətlərdən.

Ölkə üzrə 10.000-dən çox nöqtədə QR kodu ilə ödəniş et
• kafe və restoranlar — Vapiano, Mado, KAFE DREAM KITCHEN və s.
• elektronika — İrşad, Kontakt, Baku Electronics, Music Gallery və s.market
• geyim — ZARA, Swarovski, Bershka və s.
• supermarketlər — Bravo, Bolmart, Rahat, Grandmart, OBA Market, NAR və s.
• klinikalar və apteklər — VITA, Focus, Aloe, Buta və s.
• Yanacaqdoldurma məntəqələri — Socar, Tosoil və s.
• digər — PARK CINEMA, LİBRAFF, AMAZON, Game Station, Oyun Zali, 1ST Fitness və s.

E-pul qabını komissiyasız artır
• MilliÖN terminallarında nağd pulla
• İstənilən bank kartı ilə: BirBank, Leobank, ABB Bank, Kapital Bank, Unibank, Pasha Bank, Rabitəbank, Ubank, Bank Respublika, Dost Bank, Xalq Bank, Expressbank, ATB və s.

Komissiyasız nağdlaşdırma
• Kapital Bankın bankomatlarında


Nağdsız ödənişlər üçün rahat və etibarlı e-pul qabı axtarırsansa, sənə elə m10 lazımdır. Milyonlarla m10 istifadəçisinə qoşul və həyatını asanlaşdır.


m10 yenilikləri və aksiyaları
• BakıKart m10-da! Gediş haqqını m10 ilə ödə və ikisini pulsuz qazan.

• Limonlar geri döndü! 250.000, 500.000 və 1.000.000 limon toplayan istifadəçilərə nağd uduşlu kart seçimi təqdim olunacaq. Onlardan biri ol və gözəl hədiyyələr qazan!


Əgər köməyə ehtiyacın olsa, biz daim yanındayıq.

Instagram: https://www.instagram.com/m10.az/
Telegram: https://t.me/limonqazani
Facebook: https://www.facebook.com/m10.az
YouTube: https://www.youtube.com/@m10byPashaPay
TikTok: https://www.tiktok.com/@m10bypashapay
WhatsApp: +994774008810

Biz daim sistemimizi və tətbiqimizi təkmilləşdirməyə çalışırıq və buna görə də onların üzərində daim işləyirik. Hər hansı bir çətinliyin yaransa və ya maraqlı bir ideyan olsa, çəkinmədən info@m10.az ünvanına yaz.

m10 haqqında rəyini almaq və onu daha da mükəmməl etmək barədə fikirlərini öyrənmək bizi ancaq sevindirə bilər.

Ünvan: AZ1010, Baki şəhəri Nəsəmi rayonu, Neftçilər pr., 153

새로운 기능

버전 1.270.0

Təcili şəkildə arzu siyahını hazırla!
Çünki m10-un yeni versiyasında hər şey üçün kredit var — cəmi 5 dəqiqəyə və tamamilə onlayn.

평가 및 리뷰

4.2/5
5개의 평가

5개의 평가

앱이 수집하는 개인정보

PashaPay LLC 개발자가 아래 설명된 데이터 처리 방식이 앱의 개인정보 처리방침에 포함되어 있을 수 있다고 표시했습니다. 자세한 내용은 개발자의 개인정보 처리방침을 참조하십시오.

사용자를 추적하는 데 사용되는 데이터

다음 데이터는 다른 회사가 소유한 앱 및 웹사이트를 통해 사용자를 추적하는 데 사용될 수 있습니다.

  • 사용 데이터

사용자에게 연결된 데이터

다음 데이터가 수집되어 신원에 연결될 수 있습니다.

  • 사용 데이터

사용자에게 연결되지 않은 데이터

다음 데이터가 수집될 수 있지만 신원에는 연결되지 않습니다.

  • 연락처
  • 사용자 콘텐츠
  • 식별자
  • 진단

개인정보 처리방침은 사용하는 기능이나 사용자의 나이 등에 따라 달라질 수 있습니다. 더 알아보기

이 개발자의 앱 더 보기

좋아할 만한 다른 항목

Leobank - mobil bank
금융
ABB mobile: 2x ƏDV, Keşbek
금융
Birbank
금융
UBank by Unibank
금융
PASHA Bank
금융
atb360
금융