akart 12+
Azercell Telecom LLC
مصمم لـ iPad
-
- مجانًا
لقطات الشاشة
الوصف
akart – tam ödənişsiz və rəqəmsal debet kartıdır. Heç yerə getmədən, sadəcə tətbiq daxilində kartı ödənişsiz əldə edə bilərsən.
akart bütün maliyyə əməliyyatlarını rahat və sürətli şəkildə həyata keçirmək üçün sənə kömək edəcək:
Təmassız, tətbiqdaxili, onlayn ödənişlərini bir akart ilə həyata keçirəcəksən,
İstər ad, istər mobil nömrə ilə dostlarına bir toxunuşla pul köçürəcəksən,
akartdan digər bank kartlarına pul köçürmələrini sürətli şəkildə edəcəksən.
akart ilə hər ödənişdən aylıq keşbek və giqabayt bonusları qazana biləcəksən.
akartı elə olduğun yerdə əldə et!
Yalnızca bir neçə sadə addımla debet kartı əldə edib ödənişlərini asanlaşdır:
Mobil nömrəni daxil et
Tələb olunan Şəxsiyyət Vəsiqəsi məlumatlarını doldur
Üztanıma mərhələsindən keç.
Şifrə təyin et və onu təkrarla. Tətbiqə daxil olmağı rahatlaşdırmaq üçün Face/Touch ID-yə icazə ver.
Kartın artıq hazırdır!
İndi isə akartını Apple Wallet-ə əlavə edib təmassız ödənişlərə başlamaq vaxtıdır.
akart balansını komissiyasız artır!
Rahat ödənişlərə qapını açmaq üçün ilk öncə, akart balansını artırmalısan. Bunu istər tətbiq daxilində istənilən bank kartından, istərsə də sənə ən yaxın “eManat” terminalında həyata keçirə bilərsən. Qeyd edək ki, hər iki halda akart balansını artırmaq komissiyasızdır. Tətbiq daxilində balans artımını sürətləndirmək üçün məxaric etdiyin kartı yadda saxla və növbəti səfər akarta mədaxili bir toxunuşla həll et.
akart ilə rahat ödənişlər et!
İstər özünün, istərsə də yaxınlarının mobil nömrə balansını artır;
Kommunal ödənişlərini həyata keçir. Üstəlik, kommunal ödənişlərin üçün avtomatik rejimi aktiv et və vaxtı-vaxtında ödənişlərini həyata keçir;
İnternet, TV, Telefon, Hökümət, Sığorta, Parkinq, ASAN, Təhsil kateqoriyasında olan ödənişlərini də bu tətbiq içərisində sürətlə həyata keçir.
akart ilə sürətlə pul köçür!
akartdan istər digər akarta ad və ya nömrə ilə, digər bank kartlarına isə sürətlə pul köçürmək mümkündür. Üstəlik, prosesi növbəti səfər sürətləndirmək üçün kartı yadda saxlaya bilərsən.
Ödənişlərdən aylıq bonuslar qazan!
akart kateqoriya seçmədən, ödənişlərə keşbek və giqabayt bonusları təklif edir. Ödənişlərdən hər ay 100 AZN-dək keşbek və 10 GB-dək giqabayt bonusları qazanmaq mümkündür.
Keşbek faizləri:
2% - supermarket, aptek, yanacaqdoldurma məntəqələri, avtoehtiyat hissələri mağazaları
1% - mobil balans artımı, Azərsu, Azərişıq, Azəristiliktəhcizat, taksi, restoran, parkinq, geyim, kinoteatr, digər yerli təmassız və onlayn ödənişlər
akartın partnyor şəbəkəsi də mövcuddur. Hansı məkanlarda akartdan maksimum keşbek qazana biləcəyini bilmək istəyirsənsə, tətbiqə keçid et.
Ətraflı məlumat üçün akart.az saytına keçid edə bilərsən. Təklif, irad, sualların yarandığı təqdirdə isə dəstək xidmətimiz hər zaman sənin üçün çalışır.
*3443
İstifadəni daha da yaxşılaşdırmaq üçün rəylərin bizim üçün çox önəmlidir.
ما الجديد
الإصدار 1.7.2
Tətbiqin yeni versiyasında səni gözləyən yeniliklərlə tanış ol:
“Tamamla” krediti: Artıq akart balansında kifayət qədər məbləğ olmazsa belə, ödənişlərini “Tamamla” krediti ilə anında həyata keçirə biləcəksən. Kredit dərhal təqdim edilir, harasa getməyə və sənəd imzalamağa ehtiyac yoxdur. Kredit dəyərləndirmən yüksəkdirsə, bu fürsətdən yararlana biləcəksən. Tətbiqi yenilə və şanslılar arasında olub-olmadığını yoxla!
خصوصية التطبيق
أوضح المطور Azercell Telecom LLC، أن ممارسات خصوصية التطبيق قد تتضمن معالجة البيانات على النحو الموضح أدناه. لمزيد من المعلومات، انظر %سياسة خصوصية المطور(ة) سياسة خصوصية المطور.
البيانات المستخدمة لتتبعك
يمكن استخدام البيانات التالية لتتبعك عبر التطبيقات والمواقع الإلكترونية المملوكة لشركات أخرى:
- بيانات الاستخدام
البيانات المرتبطة بك
قد يتم جمع البيانات التالية وربطها بهويتك:
- معلومات الاتصال
- بيانات الاستخدام
البيانات غير المرتبطة بك
قد يتم جمع البيانات التالية على الرغم من عدم ربطها بهويتك:
- المعرفات
- التشخيص
قد تختلف ممارسات الخصوصية بناءً على الميزات التي تستخدمها أو حسب عمرك على سبيل المثال. معرفة المزيد
المعلومات
- الموفر
- Azercell Telecom MMC
- الحجم
- ٢١٨٫٣ م.ب.
- الفئة
- خدمات مالية
- التوافق
-
- iPhone
- يتطلب iOS 15.0 أو أحدث
- iPad
- يتطلب iPadOS 15.0 أو أحدث
- iPod touch
- يتطلب iOS 15.0 أو أحدث
- Mac
- يتطلب جهاز macOS 12.0 أو أحدث وجهاز Mac مع شريحة Apple M1 أو أحدث.
- Apple Vision
- يتطلب visionOS 1.0 أو أحدث
- اللغات
-
الأذربيجانية، الإنجليزية، الروسية
- التصنيف العمري
- 12+ المسابقات بشكل متكرر/مكثّف
- حقوق الطبع والنشر
- © Azercell LLC 2024
- السعر
- مجانًا
يدعم
-
Wallet
احصل على جميع بطاقات المرور والتذاكر والبطاقات والمزيد في مكان واحد.