BakıKART 4+

BakıKart

Designed for iPad

    • 2.5 • 10 Ratings
    • Free

Screenshots

Description

BakıKART ilə indi siz tez bir zamanda səyahətinizi planlaşdıra və QR biletinizi yarada bilərsiniz.

SEVİMLİLƏR
Sevimlilər funksiyası ilə üstünlük verilən marşrutları, dayanacaqlar və yerləri əlavə edərək tətbiqinizi fərdiləşdirə bilərsiniz. Sevimlilərə istənilən cihazınızdan daxil ola bilərsiniz.

AVTOBUS HARADADIR? VƏ ƏN YAXIN DAYANACAQLAR
" Avtobus haradadır?" və "ən yaxın dayanacaqlar" funksiyası sizə yerləşdiyiniz yerdən ən yaxın dayanacaqlara olan məsafəni və onlardan keçən avtobus marşrutlarını göstərir.

CANLI İZLƏMƏ
Canlı izləmə sizə avtobusun marşrutu və istədiyiniz dayanacaqlara çatma vaxtı haqqında dərhal məlumat əldə etməyə imkan verir. Bu xüsusiyyət səyahət cədvəlinizi izləməyə kömək edir.

SƏYAHƏT PLANLAŞDIRMA
Səyahət planlaşdırma xüsusiyyəti ən sürətli və ən rahat marşrutu yaratmağa kömək edir. Yerinizə və ya seçiminizə görə bir nöqtədən digərinə alternativ marşrutlara baxa bilərsiniz. Nəticələri süzgəcdən keçirərək nəqliyyat alternativlərinə minimum vaxt, minimum gəzinti və ya minimum transfer ilə baxa bilərsiniz.

QR BİLET
Qr bilet funksiyası BakıKART ilə səyahət etmək istədiyiniz marşrutlar üçün onlayn QR bileti yaratmağa imkan verir. Daha əvvəl yaratdığınız QR biletlərinə də daxil ola və baxa bilərsiniz.

ÖDƏNİŞ
Ödəniş funksiyası ilə elektron pul kisənizə dərhal bank kartından pul yükləyə və istənilən BakıKART-ın balansını pul kisənizdən artıra bilərsiniz. Bundan başqa, həyata keçirilən bütün əməliyyatların tarixçəsini izləyə bilərsiniz.

Ratings and Reviews

2.5 out of 5
10 Ratings

10 Ratings

azarali11 ,

Çatızmazlıqlar var

Başlanğıc üçün çox əladır. Ən azından mobil cihazdan balansı artırmaq daha rahatdır. Avtobusların canlı harada olduğunu da görmək əla təşəbbüsdür, lakin problemlər mövcuddur. Yaxşı olardı ki, balansı tətbiqdə görə bilək. Bundan əlavə qr code ödənişi əvəzinə nfc pay dəstəyi gəlsə daha yaxşı olar.

lezgin36 ,

L

Kartdaki balansi gosterse yaxsi olar

Əliyev E. ,

Tətbiq üzrə təkliflərim

Tətbiqi istifadə etdiyim müddət ərzində marşrut gəlmə funksiyası xoşuma qəldi, sadəcə çox nadir hallarda qeyri-dəqiqlikər var, amma ümumi olaraq gözəldi. Pul kissəsi istifadəsi rahatdır, sadəcə olaraq QR kod aktiv olunam məqamda ekran parlaqlığını maksimuma çeviriş funksiyası çox köməklik göstərərdi, misal üçün Whatsapp-da profilin QR-kodu göstərildikdə belə funksiya mövcuddur.
Yeni versiya üçün təkliflərim:
1) Aktiv olan kartın balansını göstərilməsi
2) QR kod vasitəsi ilə günlük, həftəlik və aylıq gedişlər üçün abunə funksiyası, gələcəkdə isə Bakıkart üçün belə bir yenilik tətbiq olması çox rahat olardı
3) Ödənişləri Bakıkart ilə yanaşı Visa və Mastercard, həmçinin ApplePay və GooglePay ödəniş sistemlərin vasitəsi ilə həyata krçirmək

Tətbiq üçün çox sağolun! İşlərinizdə uğurlar!

App Privacy

The developer, BakıKart, indicated that the app’s privacy practices may include handling of data as described below. For more information, see the developer’s privacy policy.

Data Not Collected

The developer does not collect any data from this app.

Privacy practices may vary, for example, based on the features you use or your age. Learn More

You Might Also Like

Travel
Travel
Travel
Travel
Travel
Travel