Azərbaycan Xalq Nağıllar‪ı‬ 4+

Pavolle Bilisim Ticaret Limited Sirketi

Designed for iPad

    • Free

Screenshots

Description

Hörmətli istifadəçi,
Bu tətbiqdə Azərbaycan ve Rus dillərində Azərbaycan xalq nağılları yer almaqdadır.

Programa 170 Azərbaycan xalq nağılı əlavə olunub. Bu tətbiqdə 5 cildlik Azərbaycan Xalq Nağılları kitablarından və bir sıra fərqli mənbəələrdən nağıllar toplanmışdır. Eyni zamanda tətbiqin bu versiyasında Azərbaycan xalq nağıllarının rus dilində olan versiyaları də əlavə olunub. Beləliklə Azərbaycan xalq nağıllarını həm Azərbaycan, həm də rus dilində oxuya bilər, Rus dilində olan nağılları dinləyə də bilərsiniz.

Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir.

Azərbaycan xalq nağılları eyni zamanda Azərbaycan mentaliteninin də tazahürüdür. Siz də övladlarınızın Azərbaycanlı olaraq yetişməsini istəyirsinizsə ona mütləq Azərbaycan xalq nağıllarından danışın vəya bu nağılları oxuyabilməsi üçün şərait yaradın.

Bu programdan istifadə edərək uşaqlar da nağıl oxuya bilərlər. Ama mütləq uşağınızla vaxt keçirin ve ondan oxuduğu nağılları danışmasını istəyin.

Program oxuduğunuz nağılları işarələməyə imkan verir. Beləliklə siz uşaqlarınızın hansı nağılları oxuduğunu görebilərsiniz. Siz yenə də uşağınızdan oxuduğu nağılı danışmasını istəyin.

Uşaqlara nağıl danışmaq vaxt itirmək ola bilməz. Əslində bu ona verdiyiniz ən böyük hədiyədir. Çünki nağıllar uşaqların təxəyyül qabiliyətinin inkişafına ən yaxşı təsir edən amildir. Eynı zamanda uşaqlara nağıl danışdırmaq onların yaddaşını gücləndirir ve nitq qabiliyətinin inkişafina müsbət təsir göstərir.
"Əgər uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, ona nağıl danışın. Əgər çox ağıllı olmasını istəyirsinizsə, ona daha çox nağıl danışın. (Albert Einstein)

Uşaqlara nağıl danışmadan öncə onların soruşabiləcəkləri suallara necə cavab verəcəyinizi də planlayın. Uşağınız sizi başa düşəcək yaşda isə onunla söhbət ederək nağıl danışın. Növbəti günlərdə bu nağılla əlaqəli suallar verin veya ondan nağılı danışmasını istəyin. Nağıl danışarkən bəyənmədiniz yerləri deyişdirmək hekayənin daha maraqlı olmasına səbəb olur. Amma dəyişdirdiyiniz yerləri yadınızda saxlayın.

Oyun Ağa ƏLİZADƏ tərəfindən yaradılmışdır.
Bütün hüquqları qorunur.

What’s New

Version 2.0.0

Tətbiqin bu versiyasına 7 Azərbaycan xalq nağılı əlavə olunub.
Bu versiyada eyni zamanda rus dilində Azərbaycan xalq nağılları da əlavə olunub. Rus dilində olan Azərbaycan xalq nağıllarının sayı 50 - ə yaxındır.
Rus dilində olan nağılları həm də dinləyəbilərsiniz.
Azərbaycan xalq nağıllarının rus dili versiyalarına gələcəkdə daha çox nağıl əlavə olunacaq. Bir sonraki versiyada ingilis dilində də Azərbaycan xalq nağılları yer alacaq.
Tətbiqin bu versiyasına eyni zamanda programdan istifadəni asanlaşdıran yeniliklər edilib.
Bunlardan ən önəmlisi Nağılları qaldığınız yerdən davam edebilmənizdir. Bir çox Azərbaycan xalq nağılı həcmcə böyük olduğu üçün bu xüsusiyətin önəmli olduğunu düşünürük.
Tətbiqə eyni zamanda valideynlər üçün ekran hazırlanıb.

App Privacy

The developer, Pavolle Bilisim Ticaret Limited Sirketi, indicated that the app’s privacy practices may include handling of data as described below. For more information, see the developer’s privacy policy.

Data Not Collected

The developer does not collect any data from this app.

Privacy practices may vary based on, for example, the features you use or your age. Learn More

More By This Developer

ProjectS (Management Tool)
Business
Posta Kodları - Türkiye
Navigation
Kanban Daily
Business
Araç Kasko Değeri
Business
VetKO (Veteriner Kelime Oyunu)
Games
Roman Math
Games

You Might Also Like

Danışan Kitab
Education
Numbers in Azerbaijani
Education
Азербайджанский разговорник
Education
Bluebird: Learn Azerbaijani
Education
Unudulmazlar
Reference
Quran Oxumağa Giriş
Education