KredAqro 4+

KREDAQRO NON-BANK CREDIT ORGANIZATION, LLC

Được thiết kế cho iPad

    • Miễn phí

Ảnh Chụp Màn Hình

Miêu tả

KredAqro Mobile – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (“Təşkilat”) müştəriləri və kredit əldə etmək istəyən digər vətəndaşları üçün hazırlanmış mobil tətbiq. Tətbiq vasitəsi ilə müştərilər öz kreditləri barədə ətraflı məlumat əldə etmək, online ödəniş etmək və kredit əldə etmək üçün müraciət edə bilərlər. Tətbiqin məqsədi müştərilərə göstərilən xidmətin keyfiyyətinin, operativliyin, o cümlədən müştəri məmnuniyyətnin artırılmasıdır.
Mobil tətbiqdə qeydiyyat keçmə qaydası:
• Təşkilatın aktiv müştərisi üçün – şəxsiyyət vəsiqənizin FİN-i (7 simvoldan ibarət fərdi identifikasiya nömrəsi) və mobil nömrəniz daxil edilir, mobil telefonunuza SMS şifrə göndərilir, göndərilmiş SMS şifrə mobil tətbiqə daxil edilir, tətbiqə giriş şifrəsi təyin edirsiz (kənar şəxslərin daxil olmaması üçün) və siz artıq qeydiyyat keçmiş hesab edilirsiz. Qeydiyyat keçdikdən sonra tətbiqin ilk səhifəsində aşağıdakı məlumatlar əks olunur:
- Aktiv kreditlər
- Bağlı kreditlər
- Kreditin məbləği
- Kreditlərin verilmə və bitmə tarixi
- Kreditin növü
- Kredit üzrə gecikmə günləri
- Yeni kredit üçün “Müraciət edin” düyməsi
Qeyd: Qeydiyyat zamanı istifadə etdiyiniz mobil nömrə kredit əldə etdiyiniz zaman tərəfinizdən təqdim edilmiş və kredit müqaviləsində qeyd olunmuş mobil nömrədən hər-hansı səbəbdən fərqli olarsa qeydiyyat uğursuz olacaqdır. Mobil nömrənizin yenilənməsi məqsədi ilə Təşkilatın Baş Ofisinə və ya kredit əldə etdiyiniz filialına müraciət etməyiniz zəruridir.

• Digər vətəndaşlar üçün - şəxsiyyət vəsiqənizin FİN-i (7 simvoldan ibarət fərdi identifikasiya nömrəsi) və mobil nömrəniz daxil edilir, mobil telefonunuza SMS şifrə göndərilir, göndərilmiş SMS şifrə mobil tətbiqə daxil edilir, tətbiqə giriş şifrəsi təyin edirsiz (kənar şəxslərin daxil olmaması üçün) və siz artıq qeydiyyat keçmiş hesab edilirsiz. Qeydiyyat keçdikdən sonra tətbiqin ilk səhifəsində “Müraciət edin” düyməsini seçməklə və növbəti səhifədə qısa müraciət formasına zəruri məlumatları daxil etməklə kredit müraciətinizi Təşkilata ünvanlaya bilərsiz. Tətbiq üzərindən müraciətiniz Təşkilata daxil olduqdan sonra mütəxəssislər tərəfindən mümkün qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq və kredit ehtiyaclarınızın təmin olunması istiqamətində zəruri addımlar atılacaqdır.

Təşkilat 2000-ci ildə təsis edilmiş və Azərbaycan Respublikasının regionlarında səmərəli şərtlərlə müştərilərin kredit ehtiyaclarnı qarşılamaq istiqamətində fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi Azərbaycan Respublikasının vətəndaşlarına şəffaf, səmərəli, operativ və keyfiyyətli maliyyə dəstəyi göstərməkdir.
KredAqro Mobile tətbiqindən istifadə etdiyiniz üçün təşəkkür edirik.

Có gì Mới

Phiên bản 1.0.9

bug fixing

Quyền Riêng Tư Của Ứng Dụng

Nhà phát triển, KREDAQRO NON-BANK CREDIT ORGANIZATION, LLC, đã cho biết rằng phương thức đảm bảo quyền riêng tư của ứng dụng có thể bao gồm việc xử lý dữ liệu như được mô tả ở bên dưới. Để biết thêm thông tin, hãy xem chính sách quyền riêng tư của nhà phát triển.

Dữ Liệu Không Được Thu Thập

Nhà phát triển không thu thập bất kỳ dữ liệu nào từ ứng dụng này.

Phương thức đảm bảo quyền riêng tư có thể khác nhau, chẳng hạn như dựa trên các tính năng bạn sử dụng hoặc độ tuổi của bạn. Tìm hiểu thêm.

Có Thể Bạn Cũng Thích

Kredit Evi
Tài Chính
TezPul
Tài Chính
PulPal Business
Tài Chính
PulPal
Tài Chính
LiderPay
Tài Chính
Portmanat
Tài Chính