"ASAN ödəniş" sistemi
Finance
Only for iPhone
Free · Designed for iPhone. Not verified for macOS.
iPhone
“ASAN ödəniş” informasiya sistemi mobil tətbiqin istifadəçilərə daha funksional, təhlükəsiz və rahat ödəniş təcrübəsi təqdim edir.
Aydın interfeys, sadələşdirilmiş xidmət strukturu və daha rahat istifadəçi təcrübəsi sayəsində ödənişlərinizi, inzibati cərimələrinizi, şablonlarınızı, ödəniş tarixçənizi, bildirişlərinizi, çıxarışlarınızı və müraciətlərinizi bir tətbiq üzərindən idarə edə bilərsiniz.
“ASAN ödəniş” informasiya sistemi 200-dən çox qurumun 500-dən artıq ödəniş xidməti üzrə 24/7 rejimində fasiləsiz xidmət imkanı yaradır. Mobil tətbiq vasitəsilə ödənişlərinizi istənilən vaxt, istənilən yerdən sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.
“ASAN ödəniş” informasiya sistemi mobil tətbiqində:
• mygov İD ilə təhlükəsiz giriş
mygov İD vasitəsilə şəxsiyyətinizi təsdiqləyərək tətbiqə daha təhlükəsiz və rahat şəkildə daxil olun.
• Qeydiyyatsız ödəniş imkanı
Şəxsi kabinet yaratmadan və ya giriş etmədən bir sıra xidmətlər üzrə ödənişləri sürətli şəkildə həyata keçirin. (Əgər ödənişlərinizin tarixçə bölməsində saxlanılmasını istədiyiniz halda qeydiyyatlı ödənişlərdən istifadə edin)
• Geniş ödəniş xidmətləri
İnzibati cərimə, rüsum, gömrük, kommunal, rabitə, təhsil, kredit, lizinq və digər istiqamətlər üzrə ödənişlərinizi rahat şəkildə edin.
• Cərimə balı və texniki baxış məlumatları
Cərimə balınızı və texniki baxış talonu ilə bağlı məlumatları tətbiq üzərindən izləyin.
• İnzibati cərimələr üzrə ətraflı məlumat
Mövcud inzibati cərimələriniz, protokol məlumatları, məbləğ, tarix və aidiyyəti qurum üzrə məlumatlarla tanış olun. Cərimə ilə bağlı mövcud foto və video materiallara tətbiq üzərindən izləyin.
• Şablonların yaradılması və idarə edilməsi
Mütəmadi etdiyiniz ödənişləri şablon olaraq yadda saxlayın və növbəti ödənişlərinizi daha sürətli tamamlayın.
• Ödəniş tarixçəsi
Həyata keçirdiyiniz ödənişləri tarixçə bölməsində gün, həftə, ay və ya bütün dövrlər üzrə izləyin. Uğurlu və uğursuz əməliyyatlar barədə məlumat əldə edin.
• Çıxarışların yaradılması
Kabinetinizdə mövcud olan inzibati xəta protokollarınızın seriya və nömrəsini, xətanın törədilmə tarixini, qərarın verilmə tarixini, kabinetə yerləşdirilmə tarixini, cərimə məbləğini, ödəniş vəziyyətini və nəqliyyat vasitənizin nömrisini rahatlıqla sənəd şəklində əldə edin.
• İnzibati cərimələrdən şikayət etmə imkanı
İnzibati cərimələrlə bağlı şikayət müraciətlərinizi tətbiq üzərindən yaradıb göndərin və şikayətlərinizin statusunu izləyin.
• Bildirişlər
Şablonlar, borclar, cərimələr və digər ödənişlərlə bağlı vacib məlumatları bildirişlər bölməsində əldə edin.
• Əlaqə və müraciət imkanı
Tətbiq üzərindən təkliflərinizi, şikayətlərinizi və ərizələrinizi göndərin, müraciət mövzusu və mesajınızı rahat şəkildə daxil edin.
• Tez-tez verilən suallar
Xidmətlərdən istifadə, SMS məlumatlandırma, cərimələr, ödənişlər və digər mövzular üzrə suallarınıza tətbiq daxilində cavab əldə edin.
• PIN kod və biometrik giriş
PIN kod və biometrik giriş imkanları ilə kabinetinizə girişi daha təhlükəsiz edin.
Yenilənmiş “ASAN ödəniş” informasiya sistemi mobil tətbiqi gündəlik ödənişlərinizi daha rahat, sürətli və əlçatan edir.
“ASAN ödəniş” informasiya sistemi – Ödəniş etməyin ən asan yolu!
• mygov ID ilə giriş artıq tətbiqdaxili brauzerdə açılır
• Cərimə şəkilləri üçün yeni qalereya: sürüşdürərək baxın, yaxınlaşdırın, paylaşın
• Şəkli olmayan cərimələrdə yad şəkillərin görünməsi problemi həll edildi
• Sabitlik və sürət yaxşılaşdırmaları
The developer, Innovations Center LLC, indicated that the app’s privacy practices may include handling of data as described below. For more information, see the developer’s privacy policy .
Data Not Collected
The developer does not collect any data from this app.
Accessibility
The developer has not yet indicated which accessibility features this app supports. Learn More
Information
- Seller
- Innovations Center LLC under the State Agency fo Public Services and Social Innovations
- Size
- 56.1 MB
- Category
- Finance
- Compatibility
Requires iOS 13.0 or later.
- iPhone
Requires iOS 13.0 or later. - iPod touch
Requires iOS 13.0 or later. - Mac
Requires macOS 11.0 or later and a Mac with Apple M1 chip or later. - Apple Vision
Requires visionOS 1.0 or later.
- iPhone
- Languages
- English
- Age Rating
4+
- 4+
- Copyright
- © 2026, ASANPAY
