UniBot

Tələbə həyatın bir tətbiqdə

Only for iPhone

Free · In-App Purchases · Designed for iPhone. Not verified for macOS.

iPhone

Qrupun artıq UniBot-da: starostanın elanları, qrup deadline-ları və vacib xəbərlər bir yerdə. Jurnal, cədvəl, müəllimlər və imkanlar da yanındadır. UniBot — tələbə həyatını daha rahat və təşkil olunmuş etmək üçün yaradılmış vahid platformadır. UniBot ilə universitet məlumatlarını izləyə, akademik nəticələrini rahat analiz edə, qrupunla əlaqədə qala, karyera imkanlarını araşdıra və tələbələr üçün faydalı xidmətlərdən bir tətbiqdə istifadə edə bilərsən. TƏHSİLİNİ BİR BAXIŞDA İZLƏ Elektron jurnal məlumatlarını rahat və anlaşılan formada görüntülə. Fənlər, qiymətlər, davamiyyət, dərs cədvəli və imtahanlar artıq səliqəli şəkildə bir yerdədir. Cədvəli PDF-dən yükləyə və ya özün qura bilərsən. BÜTÜN NƏTİCƏLƏRİN BİR YERDƏ Akademik göstəricilərini izləmək üçün müxtəlif sistemlər arasında keçid etməyə ehtiyac yoxdur. UniBot vasitəsilə: • qiymətlərini və nəticələrini görüntülə; • fənlər üzrə məlumatları izlə; • orta göstəricilərini yoxla; • akademik vəziyyətini daha rahat analiz et. AKADEMİK ANALİTİKA Sadəcə nəticələrini görmə — onları daha yaxşı anla. UniBot akademik göstəricilərini vizual və anlaşılan formada təqdim edir. Semestrlər üzrə dəyişiklikləri izləyə, nəticələrini müqayisə edə və təhsil göstəricilərin haqqında daha aydın təsəvvür əldə edə bilərsən. QRUPUN UNIBOT-DA Jurnalını qoşanda öz qrupuna avtomatik düşürsən və qrup yoldaşlarını görürsən. • starosta elanları və vacib xəbərləri birbaşa sənə çatır; • qrup deadline-ları «Tezliklə» bölməsində və təqvimdə görünür; • vacib məlumat ana ekrana təsbit olunur; • buraxılışlarını və ballarını starosta yalnız sən icazə versən görür. Starostalar UniBot-da təsdiqlənir: qrup yoldaşları müraciəti təsdiq edir, sonra moderator yoxlayır. UNİVERSİTET VƏ MÜƏLLİMLƏR Universitetin haqqında faydalı məlumatları bir yerdən əldə et. Dəstəklənən universitetlər üzrə: • fakültə, kafedra və ixtisasları araşdır; • kampus xəritəsinə və korpusların sxeminə bax; • universitet xəbərlərini izlə; • müəllimlər haqqında məlumatlara bax; • tələbələrin müəllimlər haqqında rəylərini oxu və öz rəyini yaz; • müəllimlərin qiymətləndirmə statistikasını nəzərdən keçir. Rəylər müxtəlif dillərdə olduqda onları tətbiqin dilinə uyğun tərcümə etmək imkanı da mövcuddur. KARYERANA İLK ADDIMI AT Təhsil yalnız auditoriya ilə bitmir. UniBot tələbələr üçün aktual təcrübə proqramlarını, qrantları, hakatonları və könüllülük imkanlarını bir araya gətirir. Yerli və beynəlxalq imkanları araşdır, sənə uyğun elanları tap və karyerana daha erkən başla. TƏLƏBƏLƏR ÜÇÜN XİDMƏTLƏR UniBot daxilində tələbə həyatı üçün faydalı əlavə imkanlar da mövcuddur: • tələbələr üçün endirim və təkliflər; • faydalı kalkulyatorlar; • universitet və təhsillə bağlı əlavə məlumatlar; • tələbə həyatını asanlaşdıran digər xidmətlər. UNIBOT PREMIUM Daha geniş imkanlardan istifadə etmək istəyən tələbələr üçün UniBot Premium mövcuddur. Premium funksiyalar tətbiqdən daha çox faydalanmağa və əlavə imkanlardan istifadə etməyə şərait yaradır. Mövcud Premium funksiyalarını və abunəlik şərtlərini tətbiq daxilində görə bilərsən. UniBot-un məqsədi tələbənin gündəlik olaraq ehtiyac duyduğu təhsil, universitet və karyera məlumatlarını mümkün qədər sadə və əlçatan şəkildə bir platformada toplamaqdır. Təhsilini izlə. Nəticələrini anla. İmkanları kəşf et. UniBot — tələbə həyatın bir tətbiqdə. Terms of Use (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/

  • 4.2
    out of 5
    45 Ratings

Bu versiyada ən böyük yenilik qruplardır. Qruplar • Jurnalını qoşmusansa, öz qrupuna avtomatik düşürsən və qrup yoldaşlarını görürsən. Jurnal qrupu göstərmirsə, starostanın QR kodu və ya linki ilə qoşula bilərsən. • Starosta UniBot-da təsdiqlənir: müraciət edir, qrup yoldaşları təsdiq edir, sonra moderator yoxlayır. • Starosta elan paylaşır, vacib olanı ana ekrana təsbit edir. Qrup deadline-ları hamıda «Tezliklə» bölməsində və təqvimdə görünür. • Qrupdan hansı bildirişlərin gələcəyini özün seçirsən. • Buraxılışlarını və ballarını starosta yalnız sən icazə versən görür. Bunlar iki ayrı icazədir, ikisi də əvvəlcədən söndürülüb, istədiyin vaxt geri götürə bilərsən. AzTU • Jurnal universitetin yeni vahid girişi ilə işləyir, həm bakalavriat, həm magistratura üçün. • Tapşırıqların son tarixləri jurnalda görünür. • Bakalavriatda fənnin sillabusu ayrıca bölmədədir. • Magistraturada buraxılış limiti avtomatik hesablanır. ADNSU • Jurnal yenilənmiş LMS-ə uyğunlaşdırıldı. • Fənn ekranı digər universitetlərdəki kimi oldu. • Dərs cədvəli düzgün yüklənir, semestrlər öz sırası ilə gedir, yay semestri ayrıca göstərilir. • Fakültə və kafedralar 2026-cı il dəyişikliklərinə uyğun yeniləndi. Müəllimlər • Öz rəyini redaktə edə və ya silə bilərsən. • Müəllim adları daha səliqəli görünür. Digər • Jurnal parolun dəyişibsə, tətbiq bunu deyir və yenidən daxil olmağı təklif edir. • Məlumat köhnəlibsə, bunu hər ekranda görəcəksən. • Jurnal səhifəsi açılmayanda tətbiq onu özü bərpa edir. • Ana ekranda dost dəvəti kartı əlavə olundu. • Xırda xətalar düzəldildi.

The developer, Aslan Mammadrzayev, indicated that the app’s privacy practices may include handling of data as described below. For more information, see the developer’s privacy policy .

  • Data Used to Track You

    The following data may be used to track you across apps and websites owned by other companies:

    • Identifiers
  • Data Linked to You

    The following data may be collected and linked to your identity:

    • Purchases
    • Location
    • Contact Info
    • User Content
    • Identifiers
    • Usage Data
    • Diagnostics
    • Other Data
  • Data Not Linked to You

    The following data may be collected but it is not linked to your identity:

    • Identifiers
    • Usage Data
    • Diagnostics

Privacy practices may vary based, for example, on the features you use or your age. Learn More

The developer has not yet indicated which accessibility features this app supports. Learn More

Provider
Aslan Mammadrzayev
Size
82.1 MB
Category
Education
Compatibility
Requires iOS 16.4 or later.
  • iPhone
    Requires iOS 16.4 or later.
  • Mac
    Requires macOS 12.0 or later and a Mac with Apple M1 chip or later.
  • Apple Vision
    Requires visionOS 1.0 or later.
Languages
English
Age Rating
4+
In-App Purchases
Yes
  • UniBot Premium — 1 ay USD 0.99
  • UniBot Premium — 6 ay USD 4.99
  • UniBot Premium — 1 il USD 7.99
Copyright
© CogniNex