SİMA - Rəqəmsal İmza
商务
仅适用于 iPhone
免费
iPhone
SİMA bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır. SİMA mobil tətbiqi heç yerə getmədən, sənədlər toplamadan, növbədə gözləmədən və cəmi bir neçə dəqiqə ərzində yeni nəsil rəqəmsal imza əldə etməyə imkan verir. Ən əsası isə vətəndaşdan HEÇ BİR ÖDƏNİŞ TƏLƏB OLUNMUR.
SİMA İmza ilə bu xidmətlərdən istifadə edə bilərsiniz:
- Maliyyə xidmətləri – BOKT xidmətləri, Bank xidmətləri; kredit və kart sifarişi, hesab açma, hesabdan çıxarış almaq, pul köçürmə, şəxsi kabinetə giriş.
- Sığorta xidmətləri – KASKO sığorta məhsulları, həyatın yaşam sığortası, sığorta müqavilələrinin imzalanması, sığorta müraciət anketinin imzalanması.
- Dövlət elektron xidmətləri – Güzəştli mənzil sistemi, Elektron məhkəmə sistemi, E-Polis, Elm və Təhsil Nazirliyi və Dövlət vergi Xidmətində əməliyyatların həyata keçirilməsi.
- Digital login ilə daxil ola biləcəyiniz bütün portallara giriş və e-xidmətlərdən istifadə.
SİMA rəqəmsal imza vasitəsilə "PAŞA Bank"dan əməkhaqqı kartı olanlar mobil tətbiqi vasitəsilə nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, Yelo Bank”dan banka getmədən sahibkar krediti götürə və “Bank of Baku” müştəriləri “Dostbank” tətbiqində identifikasiya prosesini tamamlaya bilərlər. Bundan əlavə SİMA imza ilə "Digital Login" sisteminə daxil olaraq 80 portal və xidmətə giriş edə bilərsiniz.
Artıq yeni inteqrasiya nəticəsində fərdi sahibkarlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmət üzrə əməliyyatlarını SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.
- Sadələşdirilmiş, gəlir, əmlak kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edilməsi;
- POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması;
- Elektron qaimə göndərilməsi və s.
SİMA rəqəmsal imza hazırda bir çox özəl və dövlət qurumları ilə inteqrasiyanı davam etdirir və rəqəmsal xidmətlərin əhatə dairəsini genişləndirir. Son dövrdə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlara “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması və “Foriella Mebel” MMC daxildir.
SİMA İmza-nın üstünlükləri:
- Rahatlıq və təhlükəsizlik
- Tamamilə ödənişsiz əldə edilməsi
- Mobil tətbiqdə sürətli qeydiyyat
- Elektron sənədlərin dərhal imzalanması
SİMA İmza ilə artıq internet vergi portalı üzərindən e-vergi sənədlərini imzalamaq çox sürətli və rahatdır. İnternet vergi dairəsi ilə inteqrasiya edilmiş bu sistem sayəsində vergi sənədlərinizi etibarlı şəkildə təqdim edin. Vergi ilə bağlı bütün sənədlərinizi, vergi hesabatlarınızı, rüblük hesabatları və vergi bəyannamələrinizi E-taxes portalına SİMA imza ilə daxil olaraq apara bilərsiniz. Bütün rəqəmsal imzalama ehtiyaclarınız üçün SİMA daim yanınızdadır.
Nəzərə alsaq ki, elektron imza həllərinin əldə edilməsi və istifadəsi müxtəlif prosedurlar və müəyyən vaxt tələb edə bilər. Bu baxımdan, sürəti prioritet hesab edən vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər SİMA İmza tətbiqini mobil telefonlarına yükləyərək sadə qeydiyyat prosesini tamamlamaqla rəqəmsal imza imkanlarından yararlana bilərlər.
Uztanıma imza texnologiyası sənədlərin sürətli və təhlükəsiz imzalama prosesini sizin üçün reallaşdırır. Əlavə qurğuya ehtiyac duymayan bu müasir imza texnologiyası mobil telefonunuzdakı bir tətbiqdən ibarətdir. İmza elektron şəkildə hüquqi qüvvəyə malik formada aparılır. Rəsmi və şəxsi sənədlər üçün online imzalayıcı həllini axtarırsansa, SİMA tam sizin üçündür. Ənənəvi imza və kağız sənəd prosesinin artıq vaxt itkisinə səbəb olduğu bir dövrdə imza üztanıma texnologiyası işlərinizi sürətləndirir, biznesinizi gücləndirir və ən əsası boşa itirilmiş zamanı sizə geri qaytarır.
SİMA İmza mobil tətbiqini yükləyib, şəxsiyyət vəsiqənizi oxudub və üztanıma əsasında kimliyinizi təsdiqlədib yeni nəsil rəqəmsal imza əldə edin.
评分及评论
Tətbiqə təhlükəsizlik və fraud hallarının qarşısının alınması məqsədilə əkiz şəxslərin avtomatik aşkarlanması və bloklanması mexanizmi əlavə edildi. Tətbiqinizi yeniləyin, yeniliklərdən yararlanın.
开发者“Data Processing Center of the Ministry of Communications and High Technologies”已表明该 App 的隐私规范可能包括下述数据处理方式。更多相关信息,请参阅 开发者隐私政策 。
与你关联的数据
开发者可能会收集以下数据,且数据与你的身份关联:
- 用户内容
- 标识符
- 使用数据
- 诊断
辅助功能
开发者尚未表明此 App 支持哪些辅助功能。 进一步了解
信息
- 提供者
- Data Processing Center of the Ministry of Communications and High Technologies
- 大小
- 166.3 MB
- 类别
- 商务
- 兼容性
设备需装有 iOS 15.0 或更高版本。
- iPhone
设备需装有 iOS 15.0 或更高版本。 - iPod touch
设备需装有 iOS 15.0 或更高版本。 - Apple Vision
设备需装有 visionOS 1.0 或更高版本。
- iPhone
- 语言
- 英语
- 年龄分级
4+
- 4+
- 此 App 分级为 4+,并设有内容限制。
部分内容可能有更高的年龄分级,因此可能受到限制,并由开发者通过 App 内控件管理。 - App 内控件
年龄验证
- 版权
- © AzInTelecom LLC
