iPhone Screenshots

Description

Ödənişlər, köçürmələr, ƏDV geri almaq, onlayn növbə və daha çoxu üçün BirBank yüklə!
Bütün növ bank xidmətlərini onlayn olaraq həyata keçir, sürətli şəkildə kredit, taksit kartları əldə et, bonuslar və hədiyyələr qazan.

Daha ətraflı:

HAMISI BİR YERDƏ!
BirBank-da
• Bank kartları və hesablarını idarə etmək
• Kredit və depozit hesablarına nəzarət etmək
• BirKart şəxsi kabineti ilə borclarına nəzər salmaq və ödəmək
• Kartlar üzərində limitləmə, bloklama, PIN dəyişmə və s. əməliyyatları aparmaq
mümkündür.

ÖDƏNİŞLƏR
Bir neçə kliklə
• Mobil ödənişlər - Azercell, Bakcell, Nar, Naxtel
• Kommunal – Azəristilik, AzərSu, AzəriQaz, Azərİşıq
• İnternet – AiləNet, AzerOnline, Aztelecom, BIRLink və s.
• TV – AiləTV, ATV Plus, Connect TV, KATV və s.
• Stasionar – Aztelekom, Baktelekom
• Dövlət – bir çox dövlət vergiləri
• Sığorta – PAŞA Sığorta və s.
• Xeyriyyəçilik – YAŞAT fondu və s.
• Cərimə – BNA, DYP
• Kredit – İpoteka və Kredit Zəmanət Fondu və s.
ödənişlərini həyata keçir. Ödənişi yadda saxlamaq imkanı ilə həm aylıq avtomatik ödənişlər təyin edə, həm də istədiyin zaman həmin ödənişləri təkrarlaya bilərsən.

KÖÇÜRMƏLƏR
Sürətli və təhlükəsiz şəkildə
• Öz kartların və hesabların arasında
• Bütün beynəlxalq bank kartlarına və ölkədaxili hesablara
• Cash by Code vasitəsilə
• Mobil nömrə ilə BirBank istifadəçilərinə
• Pul köçürmə sistemləri vasitəsilə (Zolotoya Korona, Xəzri)
pul köçürməsi etmək mümkündür.

BONUSLAR
Etdiyin ödənişlərə görə balansına Ürəklər və ya Millər toplanır. Ürəklərlə partnyorlardan pulsuz və ya endirimli məhsul və xidmətlər əldə edə bilərsən. Millər vasitəsilə isə AZAL və THY uçuşlarına bilet almaq imkanına sahib olacaqsan. Həmçinin, BirKart Umico kartı ilə etdiyin ödənişlərə görə Umico bonusları da qazanacaqsan.

ƏDV GERİ AL
Alış-veriş çeklərini QR Scan vasitəsilə oxutsan, ƏDV-nin müəyyən hissəsi ƏDV geri al balansına əlavə olunacaq. Bonuslar bölməsindən çek tarixçəsinə və balansına nəzarət edə, həmçinin o balansdan ödənişlər, köçürmələr edə bilərsən. Fiskal ID-ni əllə daxil etmək imkanı da mövcuddur.

TƏMASSIZ ÖDƏNİŞ ÜSULLARI
• QR Pay vasitəsilə isə çekdəki və ya kassadakı QR kodu oxudaraq
ödənişləri təhlükəsiz şəkildə edə bilərsən.

DIGITAL CARD
Filiala gəlmədən bir neçə saniyədə rəqəmsal karta sahib ol. Digital Card ilə onlayn ödənişlər, köçürmələr edə bilərsən.

MƏSAFƏDƏN XİDMƏT
• Onlayn növbə - Filial və şöbələrdə növbə gözləyib vaxt itirməmək üçün əvvəlcədən onlayn növbə götür. Bunun üçün Onlayn növbə bölməsindən bank xidmətini seçib, filial, tarix və saatı qeyd etməklə öz növbəni onlayn əldə edə bilərsən.
• Kart və kredit sifarişi - Bank məhsulları bölməsindən istəyinə uyğun kartı və ya gündəlik tələbat kreditini onlayn şəkildə filiala yaxınlaşmadan əldə edə bilərsən.

BİRKART PARTNYORLARI
İstədiyin mağaza, kafe, restoran və digər xidmətlərin BirKart partnyoru olub-olmamasını yoxlaya bilərsən. Həmçinin, partnyorların təklif etdiyi sərfəli kampaniyalar da buradadır. Partnyorları kateqoriya filtrindən və ya axtarış filtrindən istifadə etməklə daha asan tapmaq olar.

FİLİAL VƏ BANKOMATLAR
Ölkə ərazisində yerləşən 100-dən çox filial və şöbəni, həmçinin 1000-ə yaxın bankomatı ya siyahıdan ya da xəritədən tapa bilərsən. Axtarış filtrindən iş rejimi, həmçinin ATM tipi (Cash in, Cash out) və valyuta növünü (AZN, USD, EUR) seçərək filial və bankomatların ünvanını daha tez tap.

ƏLAVƏ XİDMƏTLƏR
Azercell fakturalı xətt, PAŞA Həyat sığortası abonentləri üçün hesabın idarə olunması, həmçinin, cərimələrdən anında xəbər tutmaq üçün SMS Radar funksiyası mövcuddur.

What’s New

Version 2.5.0

• «Dosta köçürmə» prosesində göndərən şəxsə cavab mesajı yazma funksiyası əlavə edildi.
• Ölkənin ilk rəqəmsal bankının ödəniş məlumatları səhifəsi yeniləndi! Həmçinin ödəniş məlumatları səhifəsinə xidmət üzrə ödəniş tarixçəsi və sürətli ödəmə məbləğləri bölməsi əlavə olundu.
• Kiçik əlavələr və təkmilləşmələr.

Ratings and Reviews

3.3 out of 5
61 Ratings

61 Ratings

Mrhuseynof ,

Problem

Salam son update’dən sonra programa daxil olmaqda problem yaranır. Programa şifrəmi yazıram, yükləmə ekranında gözləyir sonra gözləmə vaxtı bitir.

Developer Response ,

Salam.
Nəzərinizə çatdıraq ki, mobil telefonunuzda VPN aktivdirsə o zaman BirBank tətbiqinin istifadəsi mümkün olmayacaqdır. VPN deaktiv etdikdən sonra BirBank tətbiqinin istifadəsinə cəhd göstərməyiniz xahiş olunur.

MTokarev ,

Well done

Good enough, please fix errors like “error in response format” and implement chat to give ability to customers use their app to get support without phone.

Developer Response ,

Thank you for using our app and for your feedback!

dombloom ,

Too many bugs

The idea and the app are awesome but you have to fix a number of bugs first.

Developer Response ,

Hi.
If you are facing any problem with the app you can contact us via online chat.

App Privacy

The developer, Kapital Bank OJSC, indicated that the app’s privacy practices may include handling of data as described below. For more information, see the developer’s privacy policy.

Data Linked to You

The following data may be collected and linked to your identity:

  • Contact Info
  • Identifiers

Data Not Linked to You

The following data may be collected but it is not linked to your identity:

  • Location
  • Contact Info
  • Contacts
  • Usage Data

Privacy practices may vary, for example, based on the features you use or your age. Learn More

Supports

  • Wallet

    Get all of your passes, tickets, cards, and more in one place.

  • Family Sharing

    With Family Sharing set up, up to six family members can use this app.

More By This Developer

You Might Also Like