Səfər - sefer.az
Yola çıxırsan? Yol yoldaşı tap
Only for iPhone
Free · Designed for iPhone. Not verified for macOS.
iPhone
Tətbiq həm sərnişinlər, həm də sürücülər üçün ödənişsizdir. Şəhərlər arası sürücüləri tapın, oturacağınızı tətbiqdən seçin.
Səfər — Azərbaycanın şəhərlərarası səfər tətbiqidir. Bakıdan rayonlara, rayondan
rayona gedən sürücülərlə sərnişinləri bir yerə gətirir.
FƏRQİ NƏDİR
Oturacağınızı ÖZÜNÜZ seçirsiniz. Səfər tətbiqində yer xəritəsi var: hansı
oturacağın boş olduğunu görürsünüz və ön, arxa, pəncərə kənarı və .s istədiyinizi seçirsiniz.
Qonşunuzun kişi və ya qadın olduğu yer xəritəsində göstərilir. Xanım sərnişin
kimin yanında oturacağını əvvəlcədən bilir.
Hər oturacağın öz qiyməti var. Qiyməti sürücü təyin edir və elanda
göstərildiyindən artıq ala bilmir. Sizsə öz qiymətinizi təklif edə
bilərsiniz, sürücü razılaşsa, yeriniz həmin qiymətə bron olunur.
SƏRNİŞİN ÜÇÜN
• Şəhər, tarix və yer sayı ilə axtarış
• Yer xəritəsindən konkret oturacağın seçilməsi
• Öz qiymətinizi təklif etmək imkanı
• Sürücünün ulduzu, yaşı, təcrübəsi və sərnişin rəyləri
• Maşının şəkilləri, markası, rəngi və nömrəsi
• Siqaretsiz maşın süzgəci
• Görüş nöqtəsi xəritədə
• Səfər başlayanda sürücünün canlı yeri
• Yaxınınıza təhlükəsizlik linki: harada olduğunuzu görür, tətbiq tələb etmir
• Zənglərinizi tətbiq daxilindən pulsuz edin. Nömrəni verməyə ehtiyac yoxdur
SÜRÜCÜ ÜÇÜN
• Bir neçə toxunuşla elan: marşrut, vaxt, hər yerin qiyməti
• Yol üstündəki şəhərlər üçün ayrıca qiymət
• Yol kənarından götürdüyünüz sərnişin üçün əl ilə yer bağlama
• Təkrarlanan səfərlər: hər gün və ya seçilmiş günlər
• Geri qayıdış səfərinin bir toxunuşla hazırlanması
• Qapıdan götürmə: ünvanlar, sıra və vaxt avtomatik hesablanır
• Bağlama daşınması
• Sərnişinlərinizin yeri xəritədə
BAĞLAMA
Bağlamanı sürücü ilə göndərin. Alıcıya SMS ilə 4 rəqəmli təhvil kodu gedir —
qapıda onu deyir və bağlamasını alır. Bağlamanın harada olduğunu həm göndərən,
həm alıcı tətbiqdə xəritədə izləyir; izləmə səfər bitəndə bağlanır.
ÖDƏNİŞ
Tətbiq tam ödənişsizdir, yol haqqı sürücüyə nağd verilir. Yalnız, sürücü mənafeyini qorumaq üçün rezerv edib, gəlməyən sərnişinlərdən növbəti rezervlərdə depozit alına bilər.
Səfər daşıma xidməti göstərmir, sürücü ilə sərnişini bir araya gətirən elan
platformasıdır. Daşıma müqaviləsi birbaşa sürücü ilə sərnişin arasındadır.
İstifadə qaydaları: https://sefer.az/terms
Məxfilik siyasəti: https://sefer.az/privacy
Ratings & Reviews
- This app hasn’t received enough ratings or reviews to display an overview.
• Yeni yer xəritəsi: oturacaqlar avtomobilin öz fotosunda göstərilir
• Mikroavtobus üçün də foto xəritəsi — salon sıra sayına görə uzanır
• Bron detalında «Mesaj yaz» düyməsi, zəng ilə yan-yana
• Bron detalının bölmələri yenidən sıralandı, oxumaq asanlaşdı
• Ünvandan götürmə: axtarış xəritənin altına keçdi, xəritə daha rahatdır
• Görüş yeri artıq bron etmədən, elanın özündə görünür
• Söhbətdə yazı xanası aşağıdan qalxdı
• Bildiriş mətnləri dəqiqləşdirildi və dayanıqlıq düzəlişləri
The developer, 5050 MMC, indicated that the app’s privacy practices may include handling of data as described below. For more information, see the developer’s privacy policy .
Data Linked to You
The following data may be collected and linked to your identity:
- Financial Info
- Location
- Contact Info
- User Content
- Search History
- Identifiers
- Diagnostics
- Other Data
Data Not Linked to You
The following data may be collected but it is not linked to your identity:
- Other Data
Accessibility
The developer has not yet indicated which accessibility features this app supports. Learn More
Information
- Seller
- 5050 MMC
- Size
- 88 MB
- Category
- Travel
- Compatibility
Requires iOS 16.4 or later.
- iPhone
Requires iOS 16.4 or later. - Mac
Requires macOS 12.0 or later and a Mac with Apple M1 chip or later. - Apple Vision
Requires visionOS 1.0 or later.
- iPhone
- Location
- This app may use your location even when it isn’t open, which can decrease device battery life.
- Languages
- Azerbaijani
- Age Rating
4+
- 4+
- Contains
Messaging and Chat
User-Generated Content
- Copyright
- © 2026 Səfər
